Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar səhər saatlarından vətəndaşların Şəhidlər xiyabanına ziyarəti başlayıb.
BAKU.WS xəbər verir ki, insanlar şəhidlərimizin əziz xatirələrini yad etmək üçün məzarlara gül dəstələri düzür, dualar oxuyurlar.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu.
Qalereya
Oxşar xəbərlər
Dünyada estetik əməliyyatlar: hansı ölkələr liderdir?
Dünyada estetik əməliyyatlara maraq ildən-ilə artır. Beynəlxalq Estetik Plastik Cərrahlar Cəmiyyəti (ISAPS) və digər nüfuzlu mənbələrin məlumatına əsasən, bu sa...
