Azərbaycan və ÜST əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
TƏBİB-in İcraçı direktoru Anar Bayramov və ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının rəhbərliyi ilə keçirilən görüşdə səhiyyə sahəsində mövcud əməkdaşlıq, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, tərəflər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, insan resurslarının inkişafı, rəqəmsal səhiyyə həllərinin tətbiqi, ictimai səhiyyə sahəsində institusional potensialın gücləndirilməsi və beynəlxalq təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş çərçivəsində həmçinin prioritet istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, texniki dəstək mexanizmlərinin inkişaf etdirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...