Azərbaycan və Türkiyə tankerlərinin qəzasına görə xilastemə qrupları hazır vəziyyətə gətirilib

Azərbaycan və Türkiyə tankerlərinin qəzasına görə xilastemə qrupları hazır vəziyyətə gətirilib
Sosial 49

Türkiyənin "Haber Global" telekanalı İstanbulun Florya sahillərində Azərbaycan və Türkiyə bayraqlı tankerlərinin lövbər zəncirlərinin bir-birlərinə ilişməsi və sahilə həyacan siqnalı göndərilməsi ilə əlaqədar hadisə yerindən videoreportaj hazırlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, telekanalın hadisə yerinə ezam olunan əməkdaşı Mehmet Altunışık görülən tədbirlər barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, həyəcan siqnalının ardınca "Romörkör-9" xilaestemə gəmisi dərhal hadisə yerinə cəlb olunub. Odan sonra isə daha üç xilasetmə gəmisi əraziyə göndərilib.

Mehmet Altunışık bildirib ki, hələlik tankerlərdəki heyətin həyati təhlükəsizliyi ilə bağlı narahatlıq qeydə alınmayıb.

Dənizdəki xilasetmə işləri ilə yanaşı, sahildə də müxtəlif təyinatlı xilasetmə qruplarının hazırlıqlı vəziyyətə gətirildiyi əlavə olunub.

Son xəbərlər