Azərbaycan və Qırğızıstan enerji əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və regional enerji əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb.
BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bununla bağlı müzakirələr Bakı Enerji Həftəsi çərçivəsində Bakıda səfərdə olan Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşdə aparılıb.
Nazir bildirib ki, iki ölkə arasında neft məhsulları, elektrik enerjisi sahələrində, həmçinin "Mərkəzi Asiya - Azərbaycan Enerji Dəhlizi" layihəsi üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.
#BakıEnerjiHəftəsi çərçivəsində Bakıda səfərdə olan Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşdə ikitərəfli və regional #enerjiəməkdaşlığı|nın inkişafına dair müzakirələr apardıq. #Neftməhsulları, #elektrikenerjisi sahələrində, həmçinin “Mərkəzi Asiya - Azərbaycan… pic.twitter.com/5BELueACq2
— Parviz Shahbazov (@ParvizShahbazov) June 1, 2026
Oxşar xəbərlər
Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir?
Məşhur stilist Anar Ağakişiyev poverbank partlaması nəticəsində xəsarət aldığını açıqlamışdı. O, sosial şəbəkədə paylaşdığı videoda hadisə zamanı dodağının, bur...