Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Gürcüstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında elektron icazə ("E-Permit") sisteminin tətbiqinə başlanılıb.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, razılaşmaya uyğun olaraq, hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrupu mayın 1-dən sistemin inteqrasiyası istiqamətində texniki işlərə başlayıb və proses uğurla başa çatdırılıb.
Sistemin aktiv tətbiqinə başlanılması məqsədilə tərəflər arasında ilkin olaraq 1000 ədəd ikitərəfli, 1000 ədəd tranzit və 1000 ədəd üçüncü ölkə elektron icazə blankı mübadilə edilib və həmin elektron icazə blanklarının daşıyıcılara təqdim edilməsinə başlanılıb.
Bundan əvvəl elektron icazə sistemi Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan ilə uğurla tətbiq edilirdi.
Daşıyıcılar e-xidmet.ayna.gov.az portalına daxil olmaqla elektron icazə blanklarını olduqları yeri tərk etmədən, günün 24 saatı, həftənin 7 günü tam avtomatik rejimdə əldə edə bilərlər.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...