Azərbaycan üçün Hindistan ştammı təhlükəsi - Həkimdən bədbin AÇIQLAMA - VİDEO

"Hindistan ştammı Azərbaycan üçün problemlərə yol aça bilər. Çünki bu ştamm haqqında heç də yaxşı şeylər danışılmır. Məsələn, Rusiyada COVİD-19-dan vəfat edən hər üç nəfərdən birinin Hindistan ştammına yoluxduğu üzə çıxıb".
BAKU.WS xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişində həkim Vasif İsmayıl deyib.
Onun sözlərinə görə, bizi qarşıda pis senari gözləyə bilər:
"Təsdiqlənməmiş məlumatlara görə, mövcud peyvəndlərin çoxu Hindistan ştammının qarşısını almır. Bu vəziyyət, təbii ki, çətinliklər yaradır. Çünki biz müəyyən bir yol qət etmişik.
Yüz minlərlə azərbaycanlı COVİD-19-a yoluxub və sağalıb. Gördüyünüz kimi milyonlarla insana peyvənd vurulub. Bu qədər hazırlıqla yanaşı Hindistan ştammının qalmasını heç kim istəməzdi".
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...