Azərbaycan telekanallarının fevral üzrə "YouTube" reytinqi açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilin fevral ayı üçün Azərbaycan telekanallarının "YouTube" platformasında topladığı baxış sayı üzrə reytinq siyahısı dərc olunub.
BAKU.WS xəbər verir ki, ilk pillədə 70 571 409 baxışla Baku TV qərarlaşıb. Kanal iki dildə yayımlanır: Azərbaycan dilli seqment 50 478 904, rus dilli seqment isə 20 092 505 baxış toplayıb.
İkinci yerdə 35 276 957 baxışla ATV, üçüncü pillədə isə 25 123 974 baxışla CBC yer alıb.
İlk beşliyi 21 712 776 baxışla ARB 24 və 19 807 385 baxışla Xəzər TV tamamlayır.
Siyahının davamında isə aşağıdakı kanallar qərarlaşıb:
6. İctimai TV – 13 312 084 baxış
7. AzTV – 12 933 557 baxış
8. ARB – 10 852 057 baxış
9. Space TV – 8 194 733 baxış
10. CBC Sport – 8 083 634 baxış
11. APA TV – 4 334 691 baxış
12. İdman TV – 2 954 673 baxış
13. Real TV – 1 852 659 baxış
14. Kanal S – 522 189 baxış
Beləliklə, fevral ayında rəqəmsal platformada ən yüksək izlənmə göstəricisi Baku TV-yə məxsus olub.
Oxşar xəbərlər
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....