Azərbaycan təhsilində YENİLİK - Məktəblərdə xüsusi izolyasiya otaqları olacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əgər hansısa şagirdin məktəbdə halı pisləşərsə və temperaturu yüksələrsə, həmin şəxs dərhal izolyasiya olunacaq.
BAKU.WS xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.
Nazirlik rəsmisi bildirib ki, bunun üçün bütün məktəblərdə xüsusi izolyasiya otaqları hazırlanıb.
“Əgər məktəbə daxil olan şəxsin hərarəti 37-dən artıqdırsa, müəssisəyə buraxılmayacaq. Dərs vaxtı kiminsə hərarəti qalxarsa, izolyasiya otağına yerləşdiriləcək.
Şagirddirsə, valideyninə, böyük şəxsdirsə, səhiyyə müəssisəsinə məlumat veriləcək. Məktəbdə yoluxma aşkarlanarsa, Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat veriləcək, onların iştirakı ilə araşdırma aparılacaq”, - deyə Rüstəm Ağayev bildirib.
Oxşar xəbərlər
İmtahanlarda kimlərə güzəşt ediləcək? Onlayn təhsilin qiymətləndirmə müəmması
Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsa da onlayn təhsil davam etdiyindən həm orta, həmçinin də ali təhsildə şagird və tələbələrin bil...