Azərbaycan QİÇS-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer alıb

Azərbaycan QİÇS-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer alıb
Sosial 1

Azərbaycan QİÇS-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer alıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədovun BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycanın BMT-nin müxtəlif təsisatları, ö cümlədən UNAIDS ilə yaxından əməkdaşlıq etdiyi və onların fəaliyyətini dəstəklədiyi vurğulanıb.

İİV/QİÇS ilə mübarizənin Azərbaycanın milli səhiyyə strategiyasının əsas istiqamətlərindən biri olduğu bildirilib.

Diqqətə çatdırılıb ki, 2006-cı ildən başlayaraq Nazirlər Kabineti tərəfindən hər 5 illik dövr üçün İİV/QİÇS ilə mübarizə üzrə Tədbirlər Proqramı qəbul edilir. Proqramların hazırlanması Ümumdünya Səhiyyə Təşkilatı, UNAIDS və Qlobal Fondun tövsiyələri əsasında və onların dəstəyi ilə həyata keçirilir.

Görüşdə səhiyyə naziri Teymur Musayev iştirak edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda bəy gəlini bilərək QİÇS-ə yoluxdurdu, həbsdədir…

Azərbaycanda bəy gəlini bilərək QİÇS-ə yoluxdurdu, həbsdədir…

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə Lent.az-a müsahibə verib. Onunla müsahibəni təqdim edirik: - Səbinə xanım, hazırda ölkə...

320 Sosial 20:20 05 aprel 2023

Son xəbərlər