Azərbaycan Qazaxıstan istiqamətində yük daşımalarını davam etdirir - RƏSMİ
07
yan
2022
14:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qazaxıstan istiqamətində avtomobil nəqliyyatı ilə yük daşımalarını davam etdirir.
Bunu Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər.
Eyni zamanda, Azərbaycan tərəfi də Qazaxıstandan quru yolla nəql olunan yüklərin qəbulunu davam etdirir.
"Dövlət xidməti sürücüləri Qazaxıstandakı vəziyyətlə bağlı məlumatlandırıb və ölkədəki hadisələri izləməkdə davam edir", - deyə Xidmətdən bildiriblər.
Oxşar xəbərlər
DİN-ə yeni səlahiyyətlər verildi
Nazirlər Kabineti beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə münasibətdə müvafiq normativ aktlarında dəyişikliklər edib. Nazirlər Kabinet...