Azərbaycan neftinin qiyməti cüzi azalıb

Azərbaycan neftinin qiyməti cüzi azalıb
Sosial 7

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,05 ABŞ dolları, yaxud 0,06 % azalaraq 88,01 ABŞ dolları təşkil edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə neft bazarındakı mənbədən bildirilib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 84,29 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...

3929 Sosial 18:30 12 aprel 2023

Son xəbərlər