Azərbaycan millisinin hücumçusu koronavirusa yoluxub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin və İsveçrə "Qrasshopper"inin futbolçusu Renat Dadaşov koronavirusa yoluxub.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfərdə "Sion"la 2:2 hesablı heç-heçə etdikləri V tur matçından sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.
Bir həftəlik karantin müddətini başa vuran forvard komandaya qoşulub. Futbolçunun İsveçrə Kubokunda bu gün "Vettsvil-Bonştetten"ə qarşı matçda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Renat Dadaşov hazırda 3 qolla "Qrasshopper"in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
COVID sertifikatının hansı qaydada veriləcəyi müəyyənləşdi
Nazirlər Kabineti “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yol...