Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışında dünya çempionu olub - VİDEO
Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən "Technoxian-2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu olub.
Bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.
Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komanda “RC Craft” kateqoriyası üzrə 1 qızıl, ”FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi olub. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.
Oxşar xəbərlər
Abşeron xəstəxanasında niyə KT avadanlığı yoxdur?
Məlum olduğu kimi, iki gün əvvəl vəkil Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Bakı-Sumqayıt yolunda motosikletlə ağır qəzaya düşərək həlak olub. BAKU.WS "Qafqazi...