Məktəblərdə 5 günlük payız tətili olacaq - TARİXLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır.
Elm və Təhsil Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr - 5 gün olmaqla əhatə edir" - deyə, nazirlik qeyd edib.
Oxşar xəbərlər
Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişdi - SİYAHI
Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı “Sağlamlıq imkanları...