Azərbaycan idmançılarının zədələnən olimpiya medallarının geri qaytarılması prosesinə start verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşılanmaya məruz qalan medallarının geri qaytarılması ilə bağlı işlərə start verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi məlumat yayıb.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) məsələ ilə bağlı medalların istehsalçısı olan, LVMH şirkətinin tərkibində fəaliyyət göstərən "Chaumet" zərgərlik evinə müraciət edib.
Şirkətdən bildirilib ki, sifariş növbəyə alınıb və aşılanmaya məruz qalan medalların dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.
Hazırda Azərbaycan idmançılarının aşılanmış medallarının dəyişdirilməsi növbəsi çatıb.
Bu günlərdə Milli Olimpiya Komitəsi medalları Fransaya göndərəcək və onlar yenisi ilə əvəz olunacaq.
İlk növbədə taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşi üzrə mükafatçı Həsrət Cəfərovun medallarının göndərilməsi təmin ediləcək.
Məlumata görə, yeni medalların hazırlanma müddəti təxminən 3-5 həftə davam edəcək.
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...