Azərbaycan həkimlərinə ŞAD XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçiləri əlavə ediləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.
Sazişə əsasən, hər üç qurum əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə nəzarətin gücləndirilməsi öhdəliyini götürüb.
Oxşar xəbərlər
İpoteka krediti kimlərə verilməlidir? - ŞƏRTLƏR VƏ CƏDVƏL
İpoteka və Kredit Zəmanət Fondu mənzil şəraitini yaxşılaşdırmaq istəyən vətəndaşlara ipoteka kreditini əldə etmək imkanı verir. BAKU.WS xəbər verir ki, ipoteka...