“Azərbaycan əsgərinin üzərində adı və məlumatları yazılan jeton daşımasının mənfi tərəfləri də var”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin üzərində adı və məlumatları yazılan jeton daşıması müsbət haldır”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Məhkəmə-tibbi ekspertizası proqramının koordinatoru Elif Günce Eskiköy qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, həmin jetonlar şəhid olan hərbçilərin şəxsiyyətinin dəqiqləşdirilməsinə yardımçı olur:
“Amma bəzən bunun mənfi tərəfləri də üzə çıxır. Əsgər yanında şəhid olan yoldaşlarının jetonunu ailəsinə vermək üçün götürə və sonradan özü də şəhid ola bilər. Bu zaman bəzi əsgərlərin üzərindən jeton çıxmır, bəzilərinin isə üzərində bir neçə jeton aşkarlanır. Bu işimizi çətinləşdirə, prosesi uzada bilər. İstənilən halda jetonlardan istifadəyə Azərbaycan tərəfi çox önəm verir və bu müsbət məqamdır”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...