Azərbaycan dənizçiləri şəhidləri anım dəqiqəsinə qoşulublar - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 4-də saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətən müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçiləri də sükut dəqiqəsinə qoşulublar. Gəmilərdən fasiləsiz fit səsi verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 3-də Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.
Qalereya
Oxşar xəbərlər
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilir - VİDEO
Bakıdakı Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı (“Jen Mironosits” pravoslav kafedralı) kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilir. BAKU.WS...