“Azərbaycan Dəmir Yolları” QSC karantin rejimini pozduğuna görə cərimələnib
20
apr
2021
16:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karantin rejimini pozduğuna görə cərimələnib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilib. İş hakim Babək Pənahovun icraatındadır.
QSC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə tərtib olunub.
Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilirlər.
Oxşar xəbərlər
Maskaya görə cərimələr artırıldı
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb. BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliye...