"Azərbaycan Dəmir Yolları" 4 min işçisini ixtisara salır? - RƏSMİ CAVAB

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən kütləvi sayda əməkdaşın işdən çıxarılacağı bildirilir. Onların sayının 4 min nəfər təşkil edəcəyi gözlənilir.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.
İdarənin 14 min işçisindən 4 mininin ixtisara gedilməsi barədə göstərişin isə QSC-nin yeni sədri Rövşən Rüstəmov tərəfindən verildiyi deyilib.
Bundan əlavə ADY-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunduğu, yerinə isə Elçin Zülfüqarovun təyin edildiyi bildirilir.
Məsələ rəsmi mövqe öyrənmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. Qurumundan BAKU.WS-in sorğusuna cavabı bildirilir ki, "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin 4 min əməkdaşının işdən çıxarılacağı ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Elçin Zülfüqarov isə ADY-nin İnfrastruktur departamentinin rəisi təyin olunaraq fəaliyyətə başlayıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
