AZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev 26 aprel Dünya Pilotlar Günü ilə bağlı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
BAKU.WS-in məlumatına görə, paylaşımda deyilir:
"Bu gün Dünya Pilotlar Günündə hava nəqliyyatının aparıcı qüvvəsi olan pilotlarımızın peşəkarlığını və əvəzsiz xidmətlərini qeyd edirik.
Məhz onların sayəsində biz sərnişinlərə etibarlı və təhlükəsiz səyahət təklif etməklə beynəlxalq aviasiya sahəsində fərqlənirik.
Bütün pilot heyətimizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara açıq səma və uğurlu uçuşlar arzulayıram!
AZAL olaraq sərnişinlərimizin təhlükəsizliyini və rahatlığını təmin edən peşəkar komanda ilə fəxr edirik".
Bu gün, 26 aprel – Dünya Pilotlar Günündə hava nəqliyyatının aparıcı qüvvəsi olan pilotlarımızın peşəkarlığını və əvəzsiz xidmətlərini qeyd edirik.
— Samir Rzayev (@SamirMRzayev) April 26, 2025
Məhz onların sayəsində biz sərnişinlərə etibarlı və təhlükəsiz səyahət təklif etməklə beynəlxalq aviasiya sahəsində fərqlənirik.… pic.twitter.com/1aWQHRnOFH
Oxşar xəbərlər
Bakıda məktəb söküləcək, yerində 528 şagirdlik yeni bina tikiləcək
Bakının Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəbin köhnə binası sökülərək yerində yeni və daha böyük məktəb binası tikiləcək. BAKU.WS-in məlumatına...