AZAL-dan biletlərin bron edilməsi və alınması ilə bağlı AÇIQLAMA
31
may
2022
13:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir. Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.
Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər.
Oxşar xəbərlər
AZAL: Ləğv edilmiş reyslərin biletləri yenidən təxsis ediləcək
"Azərbaycan Hava Yolları" QSC (AZAL) koronavirus (COVID-19) pandemiyasına görə ləğv edilən reyslərin biletlərinin yenidən təxsis edilməsi şərtlərini açıqlayıb....