AZAL bu tarixdən Qroznıya müntəzəm reyslərə başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları" QSC (AZAL) marşrut şəbəkəsini genişləndirməyə davam edir.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə — Qroznıya müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.
Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə — çərşənbə və bazar günləri həyata keçiriləcək.
Qroznı zəngin mədəni irsi ilə səyahətçiləri cəlb edir. Yeni marşrutun açılması sərnişinlərə yeni səyahət və işgüzar səfər imkanları təqdim edərək iki şəhər arasındakı əlaqələri gücləndirəcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir
Novruz bayramının gəlişi ilə milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdim edir. BAKU.WS bu bar...