AZAL Bakı-Bişkek-Bakı marşrutu üzrə biletlərin satışına başlayıb

AZAL Bakı-Bişkek-Bakı marşrutu üzrə biletlərin satışına başlayıb
Sosial 39

AZAL iyulun 15-dən etibarən Bakıdan Qırğızıstanın paytaxtına və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq.

AZAL-dan BAKU.WS-ə bildirilib ki, Bakı-Bişkek marşrutu üzrə uçuşlar aviaşirkət tərəfindən həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək.

Bakı-Bişkek-Bakı marşrutu üzrə reysin icra olunması Azərbaycan və Qırğızıstan arasında turizm və işgüzar səfərlər üçün sərnişinlərin imkanlarını genişləndirəcək, eyni zamanda Bakının tranzit potensialının inkişafına töhfə verəcək.

AZAL-ın reyslərinə biletləri artıq rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Son xəbərlər