Azad olunmuş ərazilərdə peşə məktəblərində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR! Təhsil haqqını dövlət ödəyəcək
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
"Peşə təhsili haqqında" qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik təklif olunub.
Qanun qəbul ediləcəyi halda 2025-ci il sentyabrın 15-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olunur
Azərbaycanda aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qad...