Azad edilən ərazilərdəki məscidlərə imam təyinatı nə vaxt olacaq? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“İşğaldan azad olunan torpaqlarda insanlar məskunlaşdıqdan sonra məscidlər tikiləcək, bərpa olunacaq”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. O qeyd edib ki, məscidlər bərpa olunduqdan sonra imamlar təyin olunacaq.
“Hansı yerlərdə məscid varsa, bərpa olunacaq, yoxdursa, yenisi tikiləcək. Bu ərazilərə əhali məskunlaşdıqdan sonra onlara dini xidmət üçün din xadimləri təyin olunacaq. Qanuna görə, məscidlərin hər birinin icması olmalıdır. İcma olduqdan sonra onların istəyi ilə həmin məscidə imam təyinatı olur. Məsciddə bir imam da ola bilər, iki imam da, hətta ehtiyac olsa, üç imam da. Bu, əhalinin sayına, şəraitə görə müəyyən olunur.
İşğaldan azad olunan hər bir bölgənin imamı var, bu bölgələrin əhalisinin yaşadıqları yerlərdə xidmət göstərirdilər. Bu bölgələrə əhali köçdükdən sonra imamlar da o yerlərə gedərək xidmət edəcəklər. Yeni məscidlər tikilərsə, onlara da yeni imamlar təyin olunacaq”, - deyə F.Nurullayev əlavə edib.-
Oxşar xəbərlər
Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama
Avqustun 21-də Məhərrəmlik ayı başlayır. Bundan öncəki illərdə Azərbaycanda Məhərrəmlik ayında dini ayinlər kütləvi formada, hər hansı bir müdaxilə və ya məhdud...