Azad edilən ərazilərdə 100-dən artıq yeni məktəb tikiləcək - Emin Əmrullayev

"2026-cı ilə qədər işğaldan azad edilən ərazilərdə 100-dən artıq yeni məktəb tikintisi planlaşdırılır".
BAKU.WS xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.
O, bildirib ki, işğal dövründə məcburi köçkün məktəbi stausu olub:
"Bu, qeyri-adi status idi. Azərbaycan məcburi köçkünlər qalmadığı kimi məcburi köçkün məktəbləridə qalmasın. Böyük Qayıdış Proqramı çərçivəsində məktəblər, müəllim heyəti öz yurdlarına qayıdır. İnanırıq ki, həmin məktəblər Azərbaycan təhsili üçün keyfiyyətli təhsil xidməti göstərən məkana çevriləcək. Öz yurdlarına qayıdan insanlar arasında müəllimlər olur. İlk növbədə həmin şəxslərin yaşayış yerlərinə görə məktəblərə cəlb edirik".
Oxşar xəbərlər
Rus bölməsində nəzarət gücləndirilir: Şagirdlər Azərbaycan dilində imtahan verəcəklər
Azərbaycanda tədrisin digər dillərdə aparıldığı siniflərdə bir sıra fənlər dövlət dilində keçiriləcək. Bununla bağlı tədbirlər planı hazırlanıb. Elm və təhsil n...
