AYNA: "Taksi aqreqatorları qanunvericilikdəki boşluqlardan istifadə edir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycandakı taksi aqreqatorları qanunvericilikdəki boşluqlardan istifadə edir, dövlət qurumları ilə əməkdaşlıqda maraqlı olmur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Qanunvericilikdə taksi aqreqatorları, eləcə də avtobus hesab edilməyən, taksi də olmayan nəqliyyat vasitələri ilə sərnişindaşımaya dair boşluqlar var.
Məqsədimiz bu boşluqları aradan qaldırmaq, qanunvericiliyə ediləcək dəyişikliklərlə sözügedən sahədə fəaliyyəti tənzimləməkdir", - deyə o, qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda taksilərlə bağlı bu yeniliklər olacaq - Nazir açıqladı
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev taksi xidmətində aparılacaq islahatlardan danışıb. BAKU.WS apa-ya istinadən naziri...