AYNA: "Qırmızı Körpü" gömrük postunda 450 avtomobil gözləyir"

AYNA: Qırmızı Körpü gömrük postunda 450 avtomobil gözləyir
Sosial 259

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 450 avtomobil gözləyir.

BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 98, Biləsuvar gömrük postunda 125, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 87 yük maşını var.

Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

Sentyabrın 21-dən 27-dək olan həftə bəzi bürclər üçün yeni imkanlar, münasibətlərdə dəyişikliklər və gözlənilməz xəbərlərlə yadda qala bilər. BAKU.WS xəbər veri...

169 Sosial 23:38 20 sentyabr 2026

Son xəbərlər