Ayıların sakinlərə hücumları artıb - Yırtıcı heyvanları yaşayış yerlərinə cəlb edən nədir?

Son vaxtlar ölkə ərazisində, xüsusilə də bölgələrdə sakinlərin yırtıcı heyvanların hücumuna məruz qalması halları tez-tez müşahidə olunur. Ayıların insan məskunlaşan ərazilərə yaxınlaşmasının səbəbləri ilə bağlı araşdırma aparılıb.
Zoologiya İnstitutunun elmi işçisi Elşad Əsgərov yırtıcıların yaşayış məntəqələrinə tez-tez gəlməsinin əsas səbəblərini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, hazırda ayılar üçün qış yuxusuna hazırlıq dövrüdür: "Hazırda ayılar qış yuxusuna hazırlaşırlar. Onlar kifayət qədər qida əldə etməli və piy qatı toplayaraq qış yuxusuna getməlidirlər".
Elşad Əsgərov qeyd edib ki, insan məskənlərini ayılar üçün cəlbedici edən iki əsas amil var: karbohidratla zəngin qidalar və utilizasiya olunmamış tullantılar.
"Ayıları insan məskənlərinə cəlb edən əsas amillərdən biri, bu ərazilərin ətrafında karbohidratla zəngin meyvə və giləmeyvələrin mövcudluğudur. Digər amil isə kəndlərin yaxınlığında utilizasiya olunmamış qida məhsulları və məişət tullantılarının olmasıdır", - deyə mütəxəssis vurğulayıb.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
Azərbaycanda pandemiya dövründən sonra bağlı qalan quru sərhədlər hələ də açılmayıb. Hazırda ölkədən çıxış yalnız hava nəqliyyatı vasitəsilə mümkündür. Bəs görə...
