Aygün Bəylərdən danışan Cavanşir Quliyev: "Heç kimə tabe olmayan biri idi" - FOTO

Aygün Bəylərdən danışan Cavanşir Quliyev: Heç kimə tabe olmayan biri idi - FOTO
Foto
Sosial 12

"Deməyə söz tapmıram. Biz ən böyük sənətkarlarımızdan birini itirdik. Aygün bizi çox tez tərk etdi. Onun ilk addımlarından yanında olmuşam. Onun sənəti daxili azadlığından xəbər verirdi. Bu da onun başına bəla olurdu. Heç kimə tabe olmayan biri idi. Sonuncu dəfə 10 gün əvvəl konsertində iştirak etdim"

Bu sözləri BAKU.WS-ə açıqlamasında Əməkdar incəsənt xadimi Cavanşir Quliyev deyib. Hazırda Əməkdar artist Aygün Bəylərin vida mərasimində iştirak edən bəstəkar onun Azərbaycan incəsənti üçün əvəzsiz sənətkar olduğunu bildirib.

Qeyd edək ki, Aygün Bəylər 1975-ci ildə avqustun 22-də Bakıda doğulub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 2002-ci ildə “Əməkdar artisti fəxri adına layiq görülüb. 2005–2010 illər Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka kimi ölkələrdə keçirilöən musiqi festivallaında ölkəmizi təmsil edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər