Avtomobili olanların NƏZƏRİNƏ - Buna mütləq əməl edin
Payızın sonu, qışa keçid dövrü avtomobil sahibləri üçün ən məsuliyyətli aylardan biridir. Havanın dəyişkən keçməsi, yağış, duman və şaxta şəraiti nəqliyyat vasitələrinin texniki vəziyyətinə birbaşa təsir göstərir.
BAKU.WS-in məlumatına görə, mütəxəssislər sürücülərə xəbərdarlıq edərək noyabr ayında avtomobillərinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər.
Avtoekspertlərin sözlərinə görə, ilk növbədə mühərrik və texniki mayelərin səviyyəsi yoxlanmalıdır. Xüsusilə antifriz, mühərrik yağı və cam yuyucu maye qış mövsümünə uyğun seçilməlidir. Adi suyun istifadə olunması sistemin donmasına və zədələnməsinə səbəb ola bilər.
Bundan başqa, akkumulyatorun vəziyyəti də vacib amillərdəndir. Soyuq havalarda batareyanın gücü azalır, bu isə avtomobilin işə düşməməsinə gətirib çıxara bilər. Uzun müddətdir dəyişdirilməyən akkumulyatorlar texniki baxışdan keçirilməlidir.
Təkərlərin vəziyyəti və təzyiqi də diqqətdə saxlanmalıdır. Havaların soyuması ilə təkərlərdə təzyiq azalır, bu da idarəetməni çətinləşdirir. Qış təkərlərinə keçid üçün noyabr ən münasib vaxt hesab olunur.
Eyni zamanda işıqlandırma sistemi, əyləclər və isinmə-havalandırma sistemi də yoxlanmalıdır. Qısa günlər və dumanlı hava şəraiti səbəbindən faraların və duman işıqlarının işlək vəziyyətdə olması vacibdir.
Avtomobildə təcili yardım ləvazimatlarının daşıması da sürücülərə tövsiyə olunur. Qış aylarında yolda qalmaq ehtimalına qarşı fonar, kəndir, kürək, isti geyim və bir az su ehtiyatı faydalıdır.
Mütəxəssislər həmçinin bildirirlər ki, noyabrda avtomobillərin korpusunun qorunması və paslanmaya qarşı tədbirlər də vacibdir. Bunun üçün mütəmadi yuma və qoruyucu mumlama işləri görmək, qapı rezinlərini silikon spreylə yağlamaq lazımdır.
Ümumilikdə, avtomobilə vaxtında qulluq göstərmək sürücüləri həm maddi zərərdən, həm də yolda qalmaq təhlükəsindən qoruyur.
Oxşar xəbərlər
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Noyabrın 6-da Bakının Səbail və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin...