Avtobusun gəlmə vaxtını telefondan görə biləcəyik
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkədə ilk dəfə AYNA MaaS adlı mobillik tətbiqini təqdim edib.
BAKU.WS xəbər verir ki, tətbiq Azərbaycan ingilis və rus dillərində fəaliyyət göstərir. AYNA MaaS avtobus metro dəmiryolu skuter və velosiped kimi nəqliyyat növlərini birləşdirərək istifadəçiyə marşrut seçmək və səyahəti planlaşdırmaq imkanı verir. Real vaxt üzrə qrafiklər nəqliyyatın gəlmə vaxtı və ödəniş keçidləri də tətbiqdə mövcuddur.
Bakının bütün mikromobillik operatorları platformaya inteqrasiya edilib. İstifadəçi skuter və velosiped dayanacaqlarını xəritədə görə bilər və icarə üçün müraciət edə bilər.
Qeydiyyat mobil nömrə ilə aparılır. SMS kodu daxil edildikdən sonra şifrə yaradılır.
AYNA MaaS ilkin versiyadır və istifadəçi rəyləri əsasında təkmilləşdiriləcək. Tətbiq həm App Store həm də Google Play Store vasitəsilə yüklənə bilir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...