Avtobuslarda maska taxmayan sürücü və sərnişinlər cərimələndi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda nəzarət tədbirlərini gücləndirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən yoxlamalar zamanı sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi, pandemiya dövrünün tələblərinə laqeyd yanaşdığı aşkarlanıb.
Mövcud qaydalar bir daha onların diqqətinə çatdırılıb və barələrində intizam tənbeh tədbirləri görülüb.
Oxşar xəbərlər
Metrodan istifadə necə olacaq? - QAYDALAR
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı açıqlama yayıb. BAKU.WS xəbər verir ki, məlumatda deyilir: "Az...