Avtobus zolağına girməyə məcbur oldu, 2 bal və 100 manat cərimə gəldi - ŞİKAYƏT
Maşınlar sağ küçəyə dönmək üçün avtobus zolağına girməyə məcburdur. Ancaq bu zaman 2 bal və 100 manat cərimələnirlər.
Xezerxeber.az xəbər verir ki, söhbət Babək prospektindən Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsinə dönən yerdən gedir.
Çətin vəziyyətdə qalan sürücülər nə etməlidirlər?
Şikayətçi Kamran Məmmədzadə deyir ki, burada arxada da göründüyü kimi, qırıq xətt var: "Mən qırıq xəttdən sağa, sonra aisə svetafordan keçəndən sonra yenə sağa, nizmai abdullayev küçəsinə dönmə yeri var. Gördüyünüz kimi, indi avtomobillər hamısı dönür. Mən də burdan dönmə eliyən zaman, 100 manat məbləğində 2 bal cərimə gəlib."
Şikayətçi deyir ki, bununla bağlı aidiyyəti üzrə şikayətini bildirib.
Oxşar xəbərlər
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sentyabrın 17-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu və Xətai rayonlarında qaz təchizatında qısamüddə...