Avropa karantindən bezib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada koronavirus infeksiyasına yoluxma halları 25 milyonu ötdüyü bir vaxtda Avropanın bir çox ölkəsində əsəblər tarıma çəkilib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Almaniya, Böyük Birtaniya başda olmaqla bir çox Avropa ölkəsində mövcud karantin rejimi şərtlərindən bezən vətəndaşlar küçələrə axışıb.
Həftəsonundan bəri Berlin çalxalanır. Burada baş tutan etiraz aksiyaları zamanı 30-dan çox polis əməkdaşı yaralanıb. 316 etirazçı saxlanılıb. Ümumilikdə mitinqlərdə təqribən 38 min nəfər iştirak edib.
Ən ciddi qarşıdurmalar mərkəzi Unter den Linden küçəsində baş verib. Etirazçılar polisə daş və şüşə parçaları atıb, polis isə gözyaşardıcı qazdan istifadə etməli olub.
Mitinqlərin təşkilatçıları koronavirusa qarşı tədbirlərin azadlığı məhdudlaşdırdığına inanır və onun ləğvini tələb edirlər.
Londonda Trafalqar Meydanında isə etirazçılar səs-səsə veriblər. Onlar virusun yayılması ilə mübarizə üçün səlahiyyətlilər tərəfindən qoyulan məhdudiyyətlərə, bəzi təhlükəsizlik tədbirlərinə zidd olaraq "maskalarınızı çıxarın" şüarları səsləndirərək bütün bu tədbirlərə qarşı olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Dünya ölkələri bayramı erkən etməyə başladı, vəziyyət daha da pisləşdi
Ötən ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxan və bütün dünyada bu günə qədər 8 milyondan çox insanın yoluxmasına səbəb olan koronavirus pandemiyası ilə...