ATV telekanalı şəhidlərə görə efir proqramını dəyişdi - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb. Hadisə ilə bağlı ATV telekanalı efir siyasətində dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, telekanalın media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli əyləncə xarakterli verilişlərin dayandırıldığını bildirib:
“Həmin gündən etibarən proqramda dəyişiklik edildi. Efirdə olacaq əyləncəli verilişlər çıxarıldı. Baş vermiş hadisə ilə bağlı reportajlar, sujetlər və şərhlər yayımlandı və bu gün də məsələ ilə bağlı efir siyasətimiz eyni qayda ilə davam edəcək.
Əlavə olaraq onu da qeyd edək ki, bu gün efirimizdə Laçın rayonunun işğaldan azad edilməsinin 1-ci ildönümü ilə bağlı materiallara da geniş yer verilib.
ATV telekanalı olaraq şəhidlərimizin ailələrinə başsağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin! Yaralananlara isə Allahdan şəfa diləyirik”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva şəhid ailələri və qazilərə mənzillər təqdim ediblər - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və V...