ATU-nun idman kompleksi əsaslı TƏMİR OLUNACAQ
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris İdman Kompleksində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, Bunun üçün 486 min 160 manat vəsait ayrılıb.
Layihə çərçivəsində kompleksin sanitar qovşaqları və dam örtüyü yenilənəcək.
Təmir işlərinin həyata keçirilməsi nəticəsində ATU-nun Tədris İdman Kompleksinin sanitar şəraitinin və ümumi infrastrukturunun yaxşılaşdırılması, tələbə və əməkdaşlar üçün daha əlverişli və təhlükəsiz mühitin yaradılması gözlənilir. Layihə həmçinin binanın uzunmüddətli istifadəyə yararlılığının artırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Azərbaycanda avtomobillərin dövlət qeydiyyatına alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının verilməsi, eləcə də nəqliyyat vasitələrinə te...