Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə atası tərəfindən işgəncələrə məruz qalan 19 yaşlı psixoloji məhdudiyyətli qız həkim nəzarətinə götürülüb.
BAKU.WS "bizim.media.az"-a istinadən xəbər verir ki, atası tərəfindən günlərlə həyətdə bağlı saxlanılan 2003-cü il təvəllüdlü Bədəlova Nuranə Elman qızı hüquq-mühafizə orqanlarının prosesə müdaxiləsi nəticəsində həkim nəzarətinə götürülüb.
O, Şəki Ruhi Əsəb Xəstəlikləri Dispanserinə yerləşdirilib.
Qeyd edək ki, ata 2003-cü il təvəllüdlü qızı - Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. Ailəyə yaxın şəxslərin dediyinə görə, qız evdə nadinclik, nəzarətsiz hərəkətlər edirmiş. Alınan operativ məlumat əsasında hüquq-mühafizə orqanları övladına ağlasığmaz işgəncə verən ata Elman Bədəlovu saxlayaraq istintaqa cəlb edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...