"ASAN xidmət"də ödənişləri QR kodla ödəmək mümkünləşib

ASAN xidmətdə ödənişləri QR kodla ödəmək mümkünləşib
Sosial 59

"ASAN xidmət"in "EPUL" platforması ilə birgə əməkdaşlığı çərçivəsində bank ödənişlərinin həyata keçirilməsi zamanı növbənin keçid qabiliyyətini artırmağa imkan verən innovativ həll təmin edilib.

Bu barədə BAKU.WS-ə Fondun mətbuat xidmətindən bildirilib.

Belə ki, vətəndaşlar Bakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərində sürücülük vəsiqələrinin dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, miqrasiya xidmətləri, həmçinin kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı xidmətləri üzrə ödənişlərini xüsusi QR kodlar vasitəsilə həyata keçirə bilərlər.

"ASAN xidmət" mərkəzlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər