Artıq istifadə edilməyən sosial şəbəkələr: Bir dövrün məşhurları tarixə qovuşdu
Bir zamanlar milyonlarla istifadəçisi olan, amma bu gün fəaliyyətini dayandıran sosial şəbəkələrin siyahısı getdikcə uzanır. Texnologiyanın və rəqabətin sürətlə inkişaf etməsi nəticəsində bir çox platformalar zamanla "ölü" sosial şəbəkələrə çevrilib.
BAKU.WS xəbər verir ki, Google+, Orkut, Ello və Taringa! kimi platformalar artıq fəaliyyət göstərmir. Google-un yaratdığı Google+ təhlükəsizlik problemləri və azalan istifadəçi marağı səbəbindən 2019-cu ildə bağlanıb. Eyni şirkətə məxsus Orkut isə Braziliya və Hindistanda çox populyar olsa da, 2014-cü ildə rəqabətdə geri qalaraq ləğv edilib.
Alternativ sosial şəbəkə kimi tanıdılan Ello 2014-cü ildə istifadəyə verilsə də, istifadəçi sayının azalması səbəbindən 2023-cü ilin iyulunda fəaliyyətini tam dayandırıb.
Argentina mənşəli Taringa! isə 2024-cü ilin martında iqtisadi çətinliklər və azalan aktivlik səbəbindən bağlanıb.
Ekspertlər bildirirlər ki, sosial şəbəkələrin uzunömürlü olması üçün yalnız ilkin populyarlıq kifayət etmir - istifadəçi bazasının saxlanılması, yenilənən texnologiyalara uyğunlaşma və yeni nəsil auditoriyanın marağını cəlb etmək əsas şərtlərdəndir.
Oxşar xəbərlər
Bakıda qəssab "WhatsApp" qrupu yaradaraq ət satışı ilə məşğuldur? - AQTA-dan açıqlama
Paytaxtın Yasamal rayonunda, "ASAN xidmət" mərkəzinin yaxınlığında fəaliyyət göstərən qəssablardan birinin "WhatsApp" qrupu yaradaraq kiloqramı 17 manata ət sat...