Arif Quliyevin səhhəti ilə bağlı AÇIQLAMA: “Hələ də özündə deyil”
03
may
2021
11:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin səhhəti dəyişməz olaraq qalır.
Bu haqda BAKU.WS-ə açıqlama verən aktyorun oğlu Rövşən Quliyev, atasının müalicəsinin reanimasiyada davam etdirildiyini və vəziyyətinin ağır olduğunu bildirib:
“Səhhətində heç bir irəliləyiş yoxdur. Süni tənəffüs aparatına bağlıdır. Müalicəsi davam etdirilir. Hələ də özündə deyil. Artıq bu gün 10-cu gündür ki, xəstəxanadadır. Yerləşdirilən gündən də aparata qoşulu formada yaşayır. Hələ də vəziyyəti ağırdır”.
Oxşar xəbərlər
Arif Quliyevin səhhəti yenidən pisləşib
Xalq artisti Arif Quliyevin səhhəti yenidən pisləşib. Bu barədə APA-ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib. O, atasının səhhətinin yenidən pisləşdiyini q...