AQTA 30 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 30 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
Bildirilib ki, oktyabrın 11-də AQTA əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 31 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 30 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 29, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 20 nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
AQTA 45 müəssisədə nöqsanlar aşkarlayıb - SİYAHI
Sentyabrın 9-da Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 44 ticarət müəssisəsi və 28...