AQTA: “27 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub”
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 17-18-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 31 ticarət müəssisəsi, o cümlədən 16 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 27 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
Bildirilib ki, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı yeddi, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 24, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı doqquz, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı iki, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı bir nöqsan aşkarlanıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər
Azərbaycanda bu apteklərdə nöqsanlar aşkarlanıb - SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən moni...