Apteklərdə dərmanların qiymətləri niyə fərqlidir? - VİDEO

Apteklərdə dərmanların qiymətləri niyə fərqlidir? - VİDEO
Video
Sosial 21

Azərbaycanda bəzi apteklərdə eyni dərmanlar fərqli qiymətlərə satılır. Qiymətlər arasında fərq isə 15-20 manat arasında təşkil edir.

Məlum vəziyyət vətəndaşları dərman alarkən bir neçə aptekə üz tutmağa və daha ucuz olan aptekdən dərman almağa vadar edir.

Bəs, eyni dərman ayrı-ayrı apteklərdə nə üçün fərqli qiymətə satılır?

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən aztv-yə bildirilib ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti tarif şurası tərəfindən tənzimlənir. Dərman qiymətləri idxal olunduğu ölkələrə görə müəyyənləşir. Qiymətin bir aptekdə ucuz, bir aptekdə baha olması bəzi iqtisadi səbəblərlə də əlaqələndirilir.

Qeyd edək ki, dərmanların tənzimlənən qiymətdən daha baha satılması qayda pozuntusudur. Bu apteklər məsuliyyətə cəlb oluna bilər.

Son xəbərlər