Aprel döyüşü şəhidinin anım mərasimi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn kapitan Nəcməddin Akif oğlu Savalanovun anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov çıxış edərək şəhidimizin xidmət yolundan, döyüşlərdə göstərdiyi şəxsi igidliklərindən və hərbçi kimi yüksək peşəkar fəaliyyətlərindən danışıb.
Döyüş yoldaşları, şəhidimizin ailə üzvləri və yaxınları çıxışlar zamanı şəhidimizlə bağlı xatirələrini bölüşüblər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Anım mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib. Sonda şəhid zabitin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib, xatirə fotosu çəkdirilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - TƏFƏRRÜAT
Azərbaycanda gizli münasibət yaşadığı evli qadını şantaj edən şəxs həbs olunub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonlardan birində baş verib...