Anar Nəcəfli: “Ödənişli yol digər magistrallardan sürətli olacaq” - FOTO

Anar Nəcəfli: “Ödənişli yol digər magistrallardan sürətli olacaq” - FOTO
Foto
Sosial 20

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yoldan istifadə qaydalarına sürət həddi ilə bağlı məsələ də daxil ediləcək.

BAKU.WS report-a istinadən verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ödənişli yolun digər magistral yollardan daha sürətli olması planlaşdırılır:

“Yeni qaydalarda sürət limiti də öz əksini tapacaq. Ödənişli yolun digər magistral yollardan daha sürətli olması planlaşdırılır. Sürət həddi təyin edildikdən sonra ehtiyac yarandığı təqdirdə radarlar da quraşdırılacaq”.

Anar Nəcəfli ödəniş ilə bağlı da məlumat verib:

“Ödəniş məsələsi nağd və bank kartları vasitəsilə, eləcə də onlayn formada da həyata keçirilə biləcək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər