Anar Əsədli 2 nəfərin 160 min dollarını mənimsəyib - DİN-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Yüksəliş Partiyasının rəhbəri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan məlumata münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, A.Əsədlinin barəsində tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı nazirliyə etdikləri şikayətdir.
Belə ki, partiya rəhbəri yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları alaraq mənimsəyib:
"Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır".
Oxşar xəbərlər
AQTA 44 müəssisədə nöqsanlar aşkarlayıb - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində...