Anar Ələkbərov Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib
18
fev
2026
14:08
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu barədə A.Ələkbərov özünün sosial media hesabında paylaşım edib.
"Dəyərli Xalq şairimiz Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik!
Böyük söz ustasına möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qəlbinizin nuru daim sözünüzə işıq saçsın. Doğum gününüz mübarək!" - paylaşımda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda daxili iməcilik keçirilib
Yay mövsümündə Bakı səhərinin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə paytaxtda növbəti daxili iməclik keçirilib. BAKU.WS xəbər verir ki,...