Anar Ağakişiyevə vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış stilist Anar Ağakişiyev bundan sonra Kanal S televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışacaq.
BAKU.WS xəbər verir ki, kanaldan olay-a bildirilən məlumata görə, bu addım televiziyanın inkişafı üçün mühüm bir addımdır.
Anar Kanal S-in verilişlərinə yaradıcılıq töhvəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək.
Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq.
Qeyd edək ki, ARB televiziyasında bu vəzifəni Xoşqədəm Baxşəliyeva yerinə yetirir.
Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə Kanal S-də "Dəbin hökmü" verilişinin layihə rəhbəri və aparıcısı olub.
Oxşar xəbərlər
Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” - MÜSAHİBƏ
“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”. BAKU.WS xəbər verir ki, bunu apa-ya müsahibəsində Peş...